Meksikanın keçmiş baş prokuroru saxlanılıb

Meksikanın keçmiş baş prokuroru saxlanılıb
# 20 avqust 2022 04:55 (UTC +04:00)

Meksikanın keçmiş baş prokuroru Xesusa Murilo Karam saxlanılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi Tvitterdə məlumat yayıb.

Məlumatda bildirilir ki, keçmiş baş prokuror 2014-cü ildə 43 tələbənin itkin düşməsi faktının araşıdrılmasında yol verilmiş cinayətlərdə təqsirli bilinir.

Xesusa Murilo Karam saxlanılan zaman polisə müqavimət göstərməyib. Daxili İşlər Nazirliyi bildirib ki, itkin düşən tələbələrin yaşamaq ehtimalı azdır. Lakin cinayəti törədənlərin hamısı aşkara çıxmadıqca proses davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR