Mexikoda havanın çirklənməsi ilə əlaqədar xəbərdarlıq elan edilib

Mexikoda havanın çirklənməsi ilə əlaqədar xəbərdarlıq elan edilib
# 02 yanvar 2023 04:02 (UTC +04:00)

Meksikanın paytaxtı Mexikoda havanın kəskin çirklənməsi ilə əlaqədar ekoloji xəbərdarlıq elan edilib.

APA xəbəer verir ki, bu barədə Mexiko şəhərinin Ətraf Mühit Komissiyasının yaydığı bəyanatda bildirilir.

Diametri 2,5 mikrometrdən az olan asılı hissəciklərin icazə verilən maksimal konsentrasiyasını aşmasına Yeni il ərəfəsində pirotexniki vasitələrdən aktiv istifadə səbəb olub.

Mexikoda həyəcan təbili çalınıb.

Söhbət paytaxt İztapalapa, Milpa Alta, Xoçimilko və Tlahuak rayonlarından, həmçinin ümumilikdə bir neçə milyon insanın yaşadığı Mexiko ştatının 13 bələdiyyəsindən gedir.

Hava təmiz olana qədər bu ərazilərdə avtonəqliyyat vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR