Mexikoda pirotexniki vasitələrin istehsalı sahəsində partlayış baş verib, ölənlər var

Mexikoda pirotexniki vasitələrin istehsalı sahəsində partlayış baş verib, ölənlər var
# 28 may 2022 02:44 (UTC +04:00)

Meksikanın Mexiko ştatının Sumpanqo bələdiyyəsində pirotexniki məmulatların istehsalı sahəsində güclü partlayış baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqaladə hallar idarəsi məlumat yayıb.

Məlumata görə, partlayış iki nəfərin həyatına son qoyub, azı beş nəfər yaralanıb.

Hadisə yerinə onlarla yanğınsöndürən və fövqəladə hallar xidmətinin əməkdaşı cəlb edilib, axtarış-xilasetmə əməliyyatı davam başlanılıb.

Partlayış nəticəsində bir neçə emalatxananın dağıldığı, tüstü sütununun bir neçə yüz metr qalxdığı bildirilir. Hələlik insidentə nəyin səbəb ola biləcəyi barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR