Mexikoda turist avtobusu qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Mexikoda turist avtobusu qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
# 07 dekabr 2022 05:02 (UTC +04:00)

Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə şəhər idarəsindən məlumat verilib.

Paytaxt Mexikoda avtobus dairəvi yolun ikinci səviyyəsinin dəstək dirəyinə çırpılıb.

Məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 55 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 42 nəfəri xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR