MKİ: Rusiyanın mövqeyi NATO-nun genişlənməsinə mane olmamalıdır

Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns

© APA | Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns

# 08 may 2022 03:56 (UTC +04:00)

ABŞ və onun müttəfiqləri Rusiyanın NATO-nun genişlənməsinə qarşı iddialarını ciddi qəbul etməlidirlər.

APA “Financial Times”qəzetinə istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın bu cür bəyanatları Finlandiya və İsveçin ittifaqa qoşulması üçün maneə deyil.

“Biz Rusiya Prezidenti Vladimir Putinin qaldırdığı məsələlərə ciddi yanaşmalıyıq. Finlandiya və İsveçin NATO üzvlüyünə qəbulla bağlı irəliləyişin olması Alyansın genişlənməsi olacaq”,-deyə Börns bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb ki, son nəticədə bu ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar Helsinki və Stokholmda, eləcə də Alyans ölkələrində qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR