NASA Rusiya ilə birgə kosmik uçuşları bərpa edir

NASA Rusiya ilə birgə kosmik uçuşları bərpa edir
# 15 iyul 2022 20:40 (UTC +04:00)

ABŞ Aerokosmik Agentliyi NASA Rusiya ilə birgə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş təşkil edəcəyini açıqlayıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, məqsəd stansiyada fəaliyyətin davamlılığını təmin etməkdir. Missiyalarda həm rus, həm də ABŞ raketlərindən istifadə ediləcək.

Sentyabrın21-də amerikalı astronavt Frank Rubio 2 rus kosmonavtla birgə BKS-ya “Soyuz” raketi ilə gedəcək. Eyni ayda stansiyaya yola düşəcək rusiyalı kosmonavt Anna Kikina və 2 amerikalı astronavtı isə stansiyaya “Crew-5” kosmik raketi qaldıracaq.

2023-cü ildə də kosmik uçuşlarda hər 2 ölkənin istehsalı olan raketlərdən istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR