Nensi Pelosi ərinin hücumdan sonrakı vəziyyətindən danışıb

Nensi Pelosi və əri Paul Pelosi

© APA | Nensi Pelosi və əri Paul Pelosi

# 30 oktyabr 2022 11:47 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi əri Paul Pelosinin hücumdan sonrakı vəziyyətini şərh edib.

APA xəbər verir ki, bəyanat siyasətçinin saytında dərc olunub.

O qeyd edib ki, ərinin səhhəti yaxşılaşmaqda davam edir.

Pelosi hadisə yerinə gələn hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə təşəkkür edib.

Qeyd edək ki, Paul Pelosi evdə zorakı hücuma məruz qalıb.

Evə hücum səhər saatlarında olub və bu zaman Nensi Pelosi evdə olmayıb, hücum edən şəxs artıq həbsdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR