Nensi Pelosi Ermənistana səfər edəcəyini təsdiqləyib

Nensi Pelosi

© APA | Nensi Pelosi

# 16 sentyabr 2022 16:37 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyi xəbərini təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pelosi Almaniyada G7 ölkələrinin parlament sədrlərinin iclası çərçivəsində mətbuat konfransında deyib.

O, bu səfərin artıq ictimailəşməsindən xəbərsiz olduğunu bildirib.

"Mən səfər planlarımın artıq ictimaiyyətə açıqlanmış olmasından xəbərsiz idim. Sabah Ermənistana səfər edəcəyəm", - o bildirib.

O qeyd edib ki, Ermənistan tərəfdən səfərlə bağlı dəvət xeyli müddət əvvəl alınıb. Pelosi ilə birlikdə Ermənistana Nümayəndələr Palatasının Demokrat Partiyasının Kaliforniya ştatından üzvü Ceksi Spir də səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR