Nensi Pelosinin təyyarəsi Tayvana eniş edib-YENİLƏNİB-1

Nensi Pelosinin təyyarəsi Tayvana eniş edib-YENİLƏNİB-1
# 02 avqust 2022 19:12 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Pekinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.

APA CNN-ə istinadən xəbər verir ki, onun təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib. Bu, ABŞ Nümayəndələr Palatasının spikerinin 25 il sonra adaya ilk səfəridir.

Səfər ABŞ-Çin əlaqələrinin ən aşağı səviyyədə olduğu bir vaxta və Bayden administrasiyasının xəbərdarlıqlarına rəğmən baş tutub.

Pelosinin Tayvana səfəri onun Asiyaya daha əvvəl elan edilən səfər proqramında əks olunmayıb. Bununla belə səfər həftələr öncədən müzakirə edilib.

Çin Pelosinin Tayvana səfərini özünün ərazi bütövlüyü və suverenliyinə təhdid kimi qiymətləndirib və ordusunun bu səfəri sakit izləməyəcəyini bəyan edib.

ABŞ dövlət katibi Entoni Blinken isə səfərlə bağlı qeyd edib ki, konqres hökumətin müstəqil və bərabər qoludur və müvafiq qərar spikerə məxsusdur.

***

18.43

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.

APA Flightradar-a istinadən xəbər verir ki, onun təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib.

***

18:21

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvanın hava məkanına daxil olub.

APA “Flightradar”a istinadən xəbər verir ki, təyyarə yaxın vaxtlarda Taybey şəhərinin Sunşan hava limanında eniş etməlidir.

Çin Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə buna qarşı sərt cavab verəcəyini açıqlayıb.

Qeyd edək ki, Nensi Pelosi Asiya turu çərçivəsində bundan öncə Malayziyaya səfər etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR