Netanyahu və Blinken İranın nüvə proqramını müzakirə edib

Netanyahu və Blinken İranın nüvə proqramını müzakirə edib
# 09 iyun 2023 00:11 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Tərəflər regional problemlər və təhdidlər qarşısında hərbi və kəşfiyyat əməkdaşlığını müzakirə ediblər.

Netanyahu bildirib ki, nüvə sazişinə qayıtmaqla İran nüvə proqramını dayandırmayacaq:

“İsrail İranla razılaşmadan asılı olmayaraq, özünü müdafiə etmək üçün hər şeyi etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR