Nikolas Maduro Türkiyəyə səfər edəcək

Nikolas Maduro Türkiyəyə səfər edəcək
# 07 iyun 2022 18:37 (UTC +04:00)

Venesuela Prezidenti Nikolas Maduro sabah Türkiyəyə səfər edəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində sabah Venesuela lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər şəxslərlə görüşəcək.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın genişləndirməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR