NYT: Bayden 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmamalı idi

NYT: Bayden 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmamalı idi
# 12 iyun 2022 19:50 (UTC +04:00)

Hakim Demokrat Partiyasının daxilində ABŞ prezidenti Co Baydenə qarşı məyusluq artır.

APA xəbər verir ki, bu barədə The New York Times sorğuda iştirak edən onlarla demokrata istinadən yazır.

Nəşrin yazdığına görə, ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ağ Ev rəhbərinin Demokratlar Partiyasını səsvermədə məğlubiyyətdən xilas edə biləcəyinə daha az məmur inanır.

NYT-nin qeyd etdiyi kimi, Baydenlə bağlı məyusluq əsasən, ABŞ-ın son vaxtlar üzləşdiyi böhranlarla bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR