NYT: Prokurorluq yaxın günlərdə Trampı çağıracaq

NYT: Prokurorluq yaxın günlərdə Trampı çağıracaq
# 31 mart 2023 02:07 (UTC +04:00)

Yaxın günlərdə Nyu Yorkdakı Manhetten Dairə Prokurorluğu ABŞ-ın keçmiş prezidenti Donald Trampdan ittiham irəli sürmək üçün məhkəməyə gəlməsini tələb edəcək.

APA xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, keçmiş amerikalı liderə qarşı ittihamlar yaxın günlərdə açıqlanacaq.

“Bu vaxta qədər prokurorlar... Trampdan ittiham irəli sürmək üçün məhkəməyə gəlməsini istəyəcəklər”, - nəşr yazır.

CNN daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Nyu Yorkdakı böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR