Nyu-Cersi ştatının keçmiş qubernatoru ABŞ prezidentliyinə namizədliyini açıqlayıb

Nyu-Cersi ştatının keçmiş qubernatoru ABŞ prezidentliyinə namizədliyini açıqlayıb
# 07 iyun 2023 06:43 (UTC +04:00)

Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, siyasətçi iyunun 6-da Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxışı zamanı prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb.

“Görəcəyim işdə uğur qazanacağıma zəmanət verə bilmərəm, lakin əminəm ki, sonda insanların kim olduğuma, prezidentliyə layiq olub-olmadığıma dair heç bir şübhəsi olmayacaq”, - deyə Kris Kristi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR