“Orion” kosmik gəmisi Ayın orbitinə daxil olub

“Orion” kosmik gəmisi Ayın orbitinə daxil olub
# 26 noyabr 2022 04:32 (UTC +04:00)

NASA-nın 10 gün əvvəl start verilmiş “Orion” kosmik gəmisi Ayın orbitinə daxil olub.

APA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Agentlik bildirir ki, hazırda “Orion” Yerin yeganə təbii peykindən 64 000 kilometr məsafədədir. Bu dəfə raketin buraxılmasında məqsəd texnikanın keyfiyyətini yoxlamaqdır. Kosmik gəminin dekabrın 11-də Yerə qayıdaraq Atlantik okeanına düşməsi planlaşdırılır.

NASA-nın planına görə 2024-cü ildə boş kosmik gəminin Ay səthinə enişi planlaşdırılır. Növbəti il isə raket Ay səthinə amerikalı astronavtları aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR