Papua Yeni Qvineyada qəbilə döyüşləri zamanı 18 nəfər ölüb

Papua Yeni Qvineyada qəbilə döyüşləri zamanı 18 nəfər ölüb
# 21 iyul 2022 08:12 (UTC +04:00)

Papua-Yeni Qvineyada qəbilə döyüşləri zamanı 18 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Post-Kuryer qəzeti məlumat yayıb.

Bildirilir ki, hadisə Porgera şəhərində baş verib.

Ölkənin ən böyük qızıl yataqlarından birinin yerləşdiyi Porgera sakinlərinə hücum zamanı naməlum şəxslər şəhərin kənarındakı yaşayış məntəqələrinə soxularaq 13 kişi və 5 qadını qətlə yetiriblər.

Papua Yeni Qvineyanın baş naziri Ceyms Marape şəhərdə fövqəladə vəziyyət elan edib və bölgəyə əlavə polis qüvvələri göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR