Pelenin sağlıq durumu açıqlanıb

Pele

© APA | Pele

# 04 dekabr 2022 11:09 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilmiş əfsanəvi braziliyalı futbolçu Pelenin durumu açıqlanıb.

APA-nın xəbərinə görə, San-Pauladakı Albert Enşteyn Klinikasının məlumatında bildirilib ki, Pele hələ müalicə olunur, sağlıq durumu stabil olaraq qalır, respirator infeksiyayanın müalicəsinə yaxşı reaksiya verir.

Nəzərə çatdırılıb ki, son 24 saatda Pelenin səhhətində dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl bağırsaq xərçəngindən əziyyət çəkən əfsanəvi futbolçunun orqanizminin artıq kimyəvi terapiyaya reaksiya vermədiyi açıqlanmışdı.

Xatırladaq ki, üçqat dünya çempionu keçən həftə çərşənbə axşamı ödem və ürək çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Cümə axşamı klinikanın yaydığı məlumatda qeyd olunmuşdu ki, Pelenin durumu stabildir. Əfsanəvi futbolçunun qızı Keli də atasının səhhəti üçün təhlükə olmadığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR