Pelosi ABŞ Konqresindəki fraksiya rəhbəri postunu tərk edir

Pelosi ABŞ Konqresindəki fraksiya rəhbəri postunu tərk edir
# 17 noyabr 2022 22:19 (UTC +04:00)

Nensi Pelosi Demokratlar Partiyasının ABŞ Konqresindəki fraksiyasının rəhbəri postunu tərk edir.

APA xəbər verir ki, bu barədə o, qanunverici orqanın aşağı palatasındakı çıxışı zamanı bildirib.

“Fraksiyamıza əmin olaraq bildirirəm ki, növbəti çağırışda Konqresdə demokratların lideri olmağa iddia etməyəcəm. Artıq yeni nəslin demokratlar fraksiyasını irəli aparmasının vaxtı gəlib” – deyə Pelosi vurğulayıb.

Xatırladaq ki, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosi hazırda Konqresin Nümayəndələr Palatasının spikeridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR