Pelosinin ərinə hücum edən şəxsə qarşı ağır ittiham irəli sürülüb

Pelosinin ərinə hücum edən şəxsə qarşı ağır ittiham irəli sürülüb
# 01 noyabr 2022 09:43 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosiyə hücum edən şəxsə qarşı “vəzifəli şəxsin oğurluğuna cəhd” ittihamı irəli sürülüb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyindən bildiriblər məlumat yayıb.

Hadisəni törədən şəxsi 50 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, keçən həftənin cümə günü Pelosinin San-Fransiskodakı evinə hücum edən 42 yaşlı Devid Ueyn Depeyp Paul Pelosiyə çəkiclə ağır zərbələr endirib və nəticədə Pelosinin kəllə sümüyü çatlayıb, qolları ciddi zədə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR