Pentaqon: ABŞ nüvə gücü ilə Yaponiyanı müdafiə etməyə hazırdır

Pentaqon: ABŞ nüvə gücü ilə Yaponiyanı müdafiə etməyə hazırdır
# 15 sentyabr 2022 03:13 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ilə görüşdən sonra Amerikanın Yaponiyanı, nüvə potensialının köməyi ilə müdafiə etməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Ostin Amerikanın Yaponiyanı ənənəvi silahlarımızın və nüvə imkanlarımızın tam arsenalı ilə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yaponiya, eləcə də digər müttəfiqlər və tərəfdaşlarla birgə cavabımız məsuliyyətli, inamlı və qətiyyətli olaraq qalır”, - deyə bildirilib.

Mətbuat xidməti əlavə edib ki, görüş zamanı iki ölkənin müdafiə idarələrinin rəhbərləri Pekinin Tayvan sahillərində, eləcə də Yaponiya yaxınlığındakı hərəkətlərini və Ukraynada xüsusi hərbi əməliyyatı müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR