Pentaqon: Hökumətin bağlanması Ukraynaya yardımlara təsir etməyəcək

Pentaqon: Hökumətin bağlanması Ukraynaya yardımlara təsir etməyəcək
# 22 sentyabr 2023 12:51 (UTC +04:00)

ABŞ-da hökumətin bağlanması ukraynalı hərbçilərə təlimlərin keçilməsinə və Ukraynanın dəstəklənməsinə təsir göstərməyəcək.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib. Qeyd olunub ki, sözügedən yardımlar hətta Konqresin böyük ehtimal ki, qarşıdakı günlərdə xərclər haqqında qanun layihəsini qəbul etmədiyi təqdirdə belə davam edəcək.

Qeyd edək ki, ABŞ hökumətinin xərcləri sentyabrın 30-da gecə saat 12:00-da başa çatır və həmin tarixədək Konqres oktyabrın 1-dən başlayacaq yeni fiskal il üçün dövlət xərclərini təsdiqləməlidir. Konqresi xərcləri təsdiqləmədiyi təqdirdə federal hökumət bağlanacaq və bir çox hökumət xidmətləri dayanacaq.

Xatırladaq ki, ABŞ Dövlət katibi Entoni Blinken ötən gün Ukraynaya təhlükəsizlik yardımı çərçivəsində 128 milyon dollar, həmçinin 197 milyon dollarlıq silah və ləvazimat ayrıldığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR