Pentaqon: Rusiya qüvvələri Donbasda gözlədiyindən az irəliləyiş əldə edib

Con Körbi

© APA | Con Körbi

# 06 may 2022 10:29 (UTC +04:00)

Rusiya qüvvələri xüsusilə də Donbas regionunun şimalında kiçik irəliləyiş əldə edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, Pentaqonun mətbuat katibi Con Körbi keçirdiyi brifinqdə belə deyib.

Bildirib ki, bu kiçik irəliləyiş Rusiya qüvvələrinin hazırkı məqamda əldə edilməsini gözlədiyi nailiyyət deyil.

“Donbas regionunda biz ukraynalıların hələ də güclü müqavimət göstərməsini qiymətləndiririk”, - deyə Con Körbi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR