Pentaqon Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib

Pentaqon Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib
# 04 dekabr 2022 02:47 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevə dəstəyini davam etdirəcəyini bildirib.

APA xəbər verir ki, nazir bunu Kaliforniya ştatında keçirilən forumda bildirib.

“Biz Ukraynanı lazım olacaq qədər dəstəkləməyə davam edəcəyik” – deyə ostin bildirib.

Nazir həmçinin qeyd edib ki, ABŞ öz partnyorları ilə birgə Atlantika alyansını bütün cinahlardan müdafiə edəcək. Lakin ABŞ Ukraynadakı münaqişədə iştirak etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR