Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
# 08 sentyabr 2022 06:24 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Almaniyada Qərb ölkələrinin Kiyevə hərbi yardımı koordinasiya etmək üçün yaratdığı qrupun iclasında Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.

Həftəlik “Defense News” qəzetinin ev sahibliyi etdiyi illik konfransda ondan, ABŞ-ın yeni hərbi yardım paketini elan edib-etməyəcəyi soruşuldu.

“Bəli, düşünürəm ki, nazir bunu elan edəcək”,- deyə Kol cavab verib.

O, əlavə edib ki, yardım xüsusilə, HIMARS reaktiv buraxılış sistemləri üçün əlavə sursatlardan ibarət olacaq.

Nazir müavininin sözlərinə görə, ukraynalıların bu sursatlara həqiqətən ehtiyacı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR