Pentaqonun keçmiş rəhbəri: “Tramp Meksikaya raket hücumları planlaşdırmışdı”

Donald Tramp

© APA | Donald Tramp

# 06 may 2022 09:00 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Meksikadakı narkotik laboratoriyalarına raket zərbələri endirməyi planlaşdırıbmış.

APA xəbər verir ki, bu barədə “New York Times” Pentaqonun keçmiş rəhbəri Mark Esperin “Müqəddəs and” kitabına istinadən məlumat yayıb.

Keçmiş müdafiə naziri iddia edir ki, Tramp 2020-ci ilin yayında ən azı iki dəfə ondan Meksikadakı narkotik laboratoriyalarının məhv edilməsini istəyib.

Məlumata görə, Tramp cənub sərhədindən gələn narkotik axınından son dərəcə narazı olub və Meksika hakimiyyətinin öz ölkələrinə nəzarət etmədiyini bəyan edib.

"Biz sadəcə bir neçə "Patriot" raketi atacağıq. Heç kim bunun bizim etdiyimizi bilməyəcək", - deyə Tramp bildirib.

Esper həmin vaxt Trampın bu məsələdə çox ciddi olduğunu bildirib.

Qəzetin yazdığına görə, Esperin “Müqəddəs and” kitabı mayın 10-da işıq üzü görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR