Pentaqonun rəhbəri KXDR-i cilovlamağa hazır olduğunu bildirib

Pentaqonun rəhbəri KXDR-i cilovlamağa hazır olduğunu bildirib
# 11 iyun 2022 06:01 (UTC +04:00)

ABŞ Yaponiya və Cənubi Koreya ilə birlikdə onun raket və nüvə silahlarını nəzərə almaqla, KXDR-in cilovlanmasını təmin etmək niyyətindədir.

APA xəbər Bunu şənbə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin illik Şanqri-La Dialoq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

"Bizim milli təhlükəsizlik strategiyamız Şimali Koreyadan daimi təhlükə olduğunu deyir. Birləşmiş Ştatlar təcavüzün qarşısını almağa və müqavilə öhdəliklərini yerinə yetirməyə hər zaman hazırdrşr”.

Ostin deyib ki, ABŞ, Yaponiya və Koreya Respublikası arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiririr. Biz birlikdə nüvə silahları və raket sistemlərinə qarşı çəkindirməni gücləndirməyə davam edəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR