Pentaqonun sözçüsü Con Kirbi iş yerini Ağ Evə dəyişir

Con Kirbi

© APA | Con Kirbi

# 20 may 2022 10:11 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi iş yerini Ağ Evə dəyişir.

APA xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Pentaqonun sözçüsü xarici siyasət sahəsində ictimaiyyətlə əlaqələr üzrə yüksək vəzifəli mütəxəssis vəzifəsini tutacaq və ABŞ-ın Milli Təhlükəsizlik Şurasına bağlı olacaq.

Onun yerinə kimin təyin olacağı hələlik bəlli deyil.

Məlumata görə, Con Kirbi yalnız zəruri hallarda Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ilə birgə brifinq keçirəcək.

Əlavə edək ki, Karin Jan-Pyer bir neçə gün əvvəl bu vəzifədə Cen Psakini əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR