“Perseverance” Marsda nümunələr toplamağa başlayıb - VİDEO

“Perseverance” Marsda nümunələr toplamağa başlayıb - VİDEO
# 02 aprel 2023 05:15 (UTC +04:00)

NASA-nın Marsa göndərdiyi “Perseverance” aparatı yeni elmi kampaniya çərçivəsində ilk səth süxur nümunəsini toplayıb və onu özündə saxlayıb.

APA xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Roverin göyərtəsində ümumilikdə 43 titan sınaq qabı var. Hər dəfə qayadan və ya nüvədən iki nümunə götürülür. Rover hazırda Yozer çayının kraterinin yuxarı deltasını tədqiq edir.

Qeyd olunur ki, elmi qrupun fikrincə aparat qədim çaydan aşağı daşınmış qayalardan nümunə toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR