Peru Konqresi Meksika prezidenti Andres Manuel Lopez Obradoru Cənubi Amerika hökumətini tənqid etdiyinə görə persona non-qrata elan edib.
APA xəbər verir ki, bu barədə qanunverici orqanın "Twitter" səhifəsində paylaşım edilib.
“Lehinə 65 səslə Konqres Meksika prezidenti Andrés Manuel Lopez Obradoru persona non-qrata elan edən 6513 saylı qətnaməni qəbul etdi”, - qeyd olunub.
Qəbul edilmiş sənədin mətnində deyilir ki, Peru qanunvericiləri Meksika liderinin bəyanatlarını başqa ölkənin daxili işlərinə “müdaxilə etməmək prinsipinin pozulması” hesab edirlər.