Peruda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Peruda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
# 16 may 2022 08:38 (UTC +04:00)

Peruda avtobus qəzaya uğrayıb.

APA ANDINA agentliyinə istinadən xəbər verir ki, avtobusun uçurumdan düşməsi nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Məlumata görə, avtobus ölkənin şimalındakı Taiyabamba şəhərindən paytaxt Limaya gedirdi.

Avtobus təxminən 100 metr hündürlükdən düşüb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR