Peruda güclü zəlzələ qeydə alınıb

Peruda güclü zəlzələ qeydə alınıb
# 03 iyun 2023 07:42 (UTC +04:00)

Perunun cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 4600 əhalisi olan Huarankante şəhərindən 9 km qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 2 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR