Peruda Sakit Okean İttifaqının sammiti keçirilir

Peruda Sakit Okean İttifaqının sammiti keçirilir
# 25 noyabr 2022 06:06 (UTC +04:00)

Peruda Sakit Okean Alyansına daxil olan ölkələrin prezidentlərinin görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə “Twitter” hesabında Meksika Xarici İşlər Nazirliyi regional assosiasiyada iştirak edən dövlətlərin Nazirlər Şurasının Mexikoda keçirilən iclasının yekunlarına dair məlumatında bildirilib.

Meksikanın xarici işlər naziri Marselo Ebrardın sözlərinə görə, forumun keçirilmə tarixi yaxın vaxtlarda məlum olacaq.

Kolumbiya, Meksika, Peru və Çilinin daxil olduğu sammit bu həftə Mexikoda baş tutmalı idi.

Tədbir Peru parlamentinin prezident Pedro Kastilonun ölkəni tərk etməsinə qaadağa qoyduğu üçün təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR