Perunun baş naziri təyinatından dörd gün sonra istefa verib

Perunun baş naziri təyinatından dörd gün sonra istefa verib
# 06 fevral 2022 03:29 (UTC +04:00)

Perunun baş naziri fevralın 1-də təyin olunduğu postdan istefa verib.

APA xəbər verir ki, Hektor Valer Pinto həyat yoldaşının onu 2016-cı ildə məişət zorakılığında ittiham etməsi ilə bağlı mətbuatda dərc olunan xəbərlərin yayılmasından sonra istefa verib.

"Mən Peruda ifrat sağçılarla əlaqəli olan qəzetlərin mənə verdiyi məğlubiyyəti qəbul edirəm", - deyə o, bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR