“Pfizer” şirkətinin mənfəəti kəskin artıb

“Pfizer” şirkətinin mənfəəti kəskin artıb
# 04 may 2022 23:40 (UTC +04:00)

2021-ci ilin ilk rübündə ABŞ-ın “Pfizer” şirkətinin gəliri 25.7 milyard dollar təşkil edib. Bu da ötən illə müqayisədə 77% çoxdur.

APA-nın xəbərinə görə, göstəricilər şirkətin bu gün yaydığı məlumatda əks olunub.

Hesabat dövründə farmakologiya şirkətinin xalis mənfəəti 8 milyard dollara çatıb. Dövriyyənin artmasının səbəbi koronavirus əleyhinə vaksinlərin kütləvi istehsalıdır. Şirkət cari ildə təxminən 100 milyard dollarlıq dövriyyəyə nail olmağı planlaşdırır. Bunun da təxminən 20%-i Covid-19 əleyhinə həblərin istehslından əldə edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR