Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin oluna bilər

Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin oluna bilər
  • Clock-gray 11:45
  • calendar-gray 12 Sentyabr 2019

ABŞ dövlət katibi Mayk Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin oluna bilər. 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp M. Pompeonun bu vəzifəyə təyin olunma ehtimalını nəzərdən keçirir.  

Bildirilib ki, müvafiq qərar qəbul ediləcəyi təqdirdə, M. Pompeo eyni zamanda iki vəzifəni icra edəcək. 

Bu ehtimalın nə dərəcədə ciddi olması barədə hər hansı aydın təsəvvür yoxdur.

Qeyd olunub ki, sonuncu dəfə təxminən 50 il əvvəl Henri Kissincer həm dövlət katibi, həm də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini tutub. 

Xatırladaq ki, D. Tramp Con Boltonu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən azad edib. Hazırda həmin vəzifəyə 5 nəfər namizəd nəzərdən keçirilidir. Namizədlərin adları açıqlanmır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date