ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib
# 18 sentyabr 2019 12:18 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, Mayk Pompeo 17-19 sentyabrda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüşlər keçirəcək.

M. Pompeo bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşərək Krallığın neft emalı zavodlarına son hücum və İran məsələsini müzakirə edəcək.

Sentyabrın 19-da isə M. Pompeo regional və ikitərəfli məsələləri müzakirə etmək üçün Əbu-Dabiyə gedəcək. ABŞ dövlət katibi BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayedlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR