Prays: "Rusiya Ukraynadakı münaqişənin həllinə ciddi yanaşmır"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays

© APA | ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays

# 22 aprel 2022 00:02 (UTC +04:00)

"Rusiya Ukrayna ilə bağlı diplomatik təşəbbüslərə ciddi yanaşmır".

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Kiyev uzun müddətdir ki, Moskva ilə fikir ayrılıqlarının həllinə ciddi yanaşma nümayiş etdirir.

Prays bildirib ki, bu istiqamətdə irəliləyişin olmaması ilk növbədə Rusiya tərəfinin mövqeyi ilə bağlıdır.

Dövlət Departamentinin sözçüsü həmçinin bildirib ki, Birləşmiş Ştatlar dialoq və diplomatiya yolu ilə zorakılığa və müharibəyə son qoymağı hədəfləyən diplomatik prosesi dəstəkləyir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR