Psaki: “Vaşinqon NATO-nun açıq qapılar siyasətini dəstəkləyir”

Cen Psaki

© APA | Cen Psaki

# 13 may 2022 02:06 (UTC +04:00)

Vaşinqton istənilən ölkənin NATO-ya daxil olmaq təşəbbüsünü dəstəkləyir.

APA-nın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki Ukraynanın Alyansa qoşulmaq ehtimalı barədə suala cavabında bildirib.

Finlandiya və İsveçnin Alyansa üzvlüyü məsələsinə toxunan Psaki bildirib ki, Vaşinqon NATO-nun açıq qapılar siyasətini dəstəkləyir.

Psaki əlavə edib ki, Alyansa qoşulmaq istəyən ölkələr müəyyən kriteriyalara cavab verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR