Quterreş: Nüvə silahı təhlükəsizliyin qarantı ola bilməz

Antonio Quterreş

© APA | Antonio Quterreş

# 09 avqust 2022 08:26 (UTC +04:00)

Hər hansı bir ölkənin təhlükəsizliyi nüvə silahı ilə təmin edilə bilməz.

APA-nın xəbərinə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Xirosima və Naqasaki şəhərlərinin bombalanmasının ildönümü münasibəti ilə etdiyi müraciətdə bildirib.

“Xirosima və Naqasaki şəhərlərinə qarşı nüvə silahının tətbiqi humanitar fəlakətə səbəb oldu. Bu hadisə insanın özü-özünü mıəhv edə biləcəyi yeni dövrün təməlini qoydu. Həqiqi təhlükəsizlik heç vaxt nüvə silahı ilə təmin edilə bilməz. Buna yalnız dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa bağlılıqla nail olmaq mümkündür” – deyə Quterreş vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR