Quterreş Rusiyanın Ukraynaya təklif etdiyi atəşkəsi alqışlayır

Quterreş Rusiyanın Ukraynaya təklif etdiyi atəşkəsi alqışlayır
# 05 yanvar 2023 23:00 (UTC +04:00)

BMT baş katibi Antoniu Quterreş Rusiyanın Ukrayna ilə təmas xəttində elan etdiyi atəşkəsi alqışlayır.

APA xəbər verir ki, bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib.

“Tərəflərin bu dövrdə bir-birinə hörmət göstərməsi və düşmənçiliyi dayandırması fikiri baş katib tərəfindən müsbət qarşılanır” – deyə Düjarrik bildirib.

O bildirib ki, BMT beynəlxalq hüquq əsasında Ukraynadakı münaqişənin dayandırılmasına kömək etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR