Roma Papası Kanadaya səfər edəcək

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 13 may 2022 17:37 (UTC +04:00)

Roma Papası Fransisk Kanadaya səfər edəcək.

APA-nın Kanada Baş nazirinin ofisinə istinadən verdiyi xəbərə görə, Papa Fransisk iyulun 25-29-da Kanadada səfərdə olacaq.

“Bu ölkədə yerli xalqlara davamlı ağrı və iztirablar yaşatmış Roma Katolik Kilsəsinin yerli məktəblərinin fəaliyyətinə görə rəsmi şəkildə üzrünü çatdırmaq üçün Roma Papası Fransiskin bu yay Kanadaya səfəri xəbərini alqışlayıram. Qarşıdan gələn səfər sağ qalanların, yerli liderlərin və hekayələrini bölüşən gənclərin cəsarəti və qətiyyəti olmadan mümkün olmazdı”, - Kanada Baş naziri Castin Trüdo bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR