9 aylıq qızı ilə Meksikada itkin düşən rus qadın tapılıb - YENİLƏNİB

9 aylıq qızı ilə Meksikada itkin düşən rus qadın tapılıb - YENİLƏNİB
# 28 yanvar 2022 08:22 (UTC +04:00)

Meksikanın şərqindəki Verakruz əyalətində doqquz aylıq qızı ilə birlikdə yoxa çıxan 34 yaşlı rusiyalı qadın Tatyana Mineyeva Rusiya səfirliyi ilə əlaqə saxlayıb.

APA xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin konsulluq şöbəsinin rəhbəri Andrey Troyanovski məlumat verib.

Onun sözlərinə görə, qadının itkin düşməsi ilə bağlı məlumatın yaranmasına səbəb ailə münaqişəsi olub: “Rusiyalı qadınla əlaqə qurulub və saxlanılıb, onun həyatı üçün heç bir təhlükə yoxdur”.

***

06:18

Meksikanın Verakruz ştatında Rusiya vətəndaşı 34 yaşlı Tatyana Mineyevanı axtarışa verilib.

APA xəbər verir ki, bu barədə ştatın İtkin düşmüş şəxslərin axtarışı üzrə komissiya məlumat yayıb.

Bildirilib ki, qadın 9 aylıq qızı ilə birlikdə itkin düşüb.

Tatyana sonuncu dəfə yanvarın 20-də Verakruz şəhərində görünüb. O, yanvarın 25-dən axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR