Rusiya Baydenin həyat yoldaşına və qızına sanksiya tətbiq edib

Rusiya Baydenin həyat yoldaşına və qızına sanksiya tətbiq edib
# 28 iyun 2022 13:14 (UTC +04:00)

Rusiya ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenə və qızı Eşli Baydenə sanksiya tətbiq edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu addım “ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı daim genişlənən sanksiyalarına cavab olaraq” atılıb.

Qərar Rusiyanın 25 ABŞ vətəndaşına qarşı elan etdiyi yeni sanksiyalar paketinin bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR