Rusiya ilə bağlı gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan ediləcək

Co Bayden

© APA | Co Bayden

# 21 aprel 2022 18:13 (UTC +04:00)

Rusiya ilə bağlı gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan ediləcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib.

“Bu gün mən elan edirəm ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı gəmilərin bizim limanlarımıza girişi qadağan olunur. Bu o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus gəmisi!”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR