Rusiyanın Amerika Dövlətləri Təşkilatında müşahidəçi statusu dayandırılıb

Rusiyanın Amerika Dövlətləri Təşkilatında müşahidəçi statusu dayandırılıb
# 22 aprel 2022 12:26 (UTC +04:00)

Rusiyanın Amerika Dövlətəri Təşkilatındakı daimi müşahidəçi statusu dayandırılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirilib.

"Amerika Dövlətləri Təşkilatının Rusiyanın təşkilatda daimi müşahidəçi statusunu dayandırmaq qərarını alqışlayırıq. Ukraynada beynəlxalq qanunları kobud şəkildə pozan və ağır hərbi cinayətlər törədən təcavüzkar dövlətin heç bir demokratik institutda yeri yoxdur", Ukrayna XİN bildirib.

Qeyd edək ki, Amerika Dövlətləri Təşkilatı Şimali, Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilatdır və onun 35 üzvü var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR