Salvadorun keçmiş prezidenti qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib

Salvadorun keçmiş prezidenti qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib
# 30 may 2023 05:22 (UTC +04:00)

Salvadorun keçmiş prezidenti qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

APA xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Funes hazırda 2019-cu ildə vətəndaşı olduğu Nikaraquada yaşayır.

Keçən il El Salvador qiyabi məhkəmələrə icazə vermək üçün qanuna dəyişikliklər qəbul etdi.

Prokurorluq Funesi cinayətkar dəstələrlə qeyri-qanuni əlaqədə ittiham edib. Eks-prezident özü də dəstələrlə danışıqlar apardığını və ya onların rəhbərlərinə hər hansı imtiyazlar verdiyini təkzib edib.

Ölkənin hazırkı prezidenti Nayib Bukele də quldur dəstələri ilə eyni cür danışıqlar aparmaqda ittiham olunur.

2015-ci ildə El Salvadorun Ali Məhkəməsi dəstələrin terror təşkilatı olduğuna qərar verib.

Bundan əvvəl El Salvadorda 40 min yerlik meqa həbsxananın açıldığı bildirilirdi. Hakimiyyət orqanlarının fikrincə, bu, onların ölkədəki cinayətkar dəstələrlə mübarizə planının bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR