Silahlı şəxs avtomobili ABŞ Konqresinin ətrafındakı maneəyə çırpıb    - YENİLƏNİB

Silahlı şəxs avtomobili ABŞ Konqresinin ətrafındakı maneəyə çırpıb     - YENİLƏNİB
# 14 avqust 2022 18:39 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 04.00 radələrində bir avtomobil ABŞ Konqresi ətrafındakı maneələrdən birinə çırpılıb və yanmağa başlayıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Konqresinin polisi məlumat yayıb.

Avtomobildən çıxan sürücü havaya bir neçə dəfə atəş açıb, daha sonra özünü güllələyərək öldürüb.

Naməlum şəxsin kimliyi müəyyənləşdirilir.

Polis hazırda tətildə olan Konqres üzvlərinin hədəf seçildiyini düşünmür.

***

saat 18.22

Bu gün ABŞ-da silahlı kişi avtomobili Konqresin ətrafındakı maneələrdən birinə çırpıb.

APA-nın xəbərinə görə, bu barədə “Blumberq” məlumat yayıb.

Silahlı şəxs daha sonra atəş açıb və özünü öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR