Son iki gündə Braziliyadakı yanğınların sayı 1,5 mindən çox artıb

Son iki gündə Braziliyadakı yanğınların sayı 1,5 mindən çox artıb
# 25 avqust 2019 05:27 (UTC +04:00)

Mütəxəssislər cümə axşamı və cümə günlərində Braziliyada 1663 yeni yanğın ocaqları müəyyən ediblər. Onların yarısı Amazon meşəliklərində yerləşir.

APA xəbər verir ki, bu barədə “Comercio” nəşri Milli Kosmik Araşdırmalar İnstitutuna istinadən məlumat yayıb.

Bildirilir ki, il ərzində bütünlükdə Braziliyada 78,4 min meşə yanğınları baş verib ki, bu da 2013-cü ildən bəri ən pis göstərici hesab olunur.

Ölkə rəsmiləri beynəlxalq ictimaiyyətin qınaqlarından sonra yanğınlarla mübarizəyə ordu qüvvələri göndərib.

Avropa Şurasının prezidenti Donald Tusk öz açıqlamasında təşkilatın Amazoniyadakı yanğınlarla mübarizədə Braziliyaya maddi yardım göstərməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR