Sotbi hərrac mərkəzində dinozavr skeleti satışa çıxarılıb

 Sotbi hərrac mərkəzində dinozavr skeleti satışa çıxarılıb
# 06 iyul 2022 07:49 (UTC +04:00)

Sotbi hərrac mərkəzi 77 milyon il əvvəl yaşamış dinozavrın skeletini Nyu-Yorkda satışa çıxarıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, Qorqozavrlar (Gorgosaurus) dəstəsinə aid canlının skeleti çox yaxşı vəziyyətdədir.

Hündürlüyü 3 metr, uzunluğu 6,7 metr olan skelet 2018-ci ildə ABŞ-ın Montana ştatında aşkar edilib. Şəxsi kolleksiyada olan skelet 5-8 milyon dollar arası qiymətləndirilir.

Hərrac evindən bildirilib ki, Montanada tapılan skelet xaric Qorqozavrlar dəstəsinə aid canlıların indiyədək tapılmış bütün qalıqları muzeylərdə qorunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR