Rusiya tanınmış amerikalı filosof, politoloq, siyasi iqtisadçı və yazıçı Frensis Fukuyamaya sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Stanford Universitetinin professoru Fukuyamanın Rusiyaya girişi qadağan olunub.
Xatırladaq ki, Fukuyamanın 1992-ci ildə çap etdirdiyi, çox keçmədən dünyanın 20-dən artıq dilinə tərcümə edilərək beynəlxalq bestsellerə çevrilmiş “Tarixin sonu və sonuncu insan” əsəri onun dünya şöhrətli alim kimi tanınmasına səbəb olub.